İranda limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
247press-in məlumatına əsasən, İran mediasının yaydığı xəbərə görə, 1205 yaralı vardır.
Saat 18:18
İranda limandan gələn xəbərə görə, ölənlərin sayı 36 nəfərdir. Yaralıların sayı isə 1205-dir.
Saat 13:19
Son məlumata görə, 28 nəfər ölü, 1139 yaralı var.
247press-in verdiyi məlumatlara əsasən, 6 nəfər itkin düşüb.
Saat 11:06
İran limanında baş verən partlayış nəticəsində 25 nəfər ölü, 1139 nəfər isə yaralanıb.
Saat 10:25
İranda Bəndər Abbasdakı limanda partlayış nəticəsində yaralananların sayı 1139-a çatıb. Partlayışdan sonra 18 nəfərin öldüyü, 6 nəfərin isə itkin düşdüyü bildirilib.
27 aprel, saat 08:52
İranda Bəndər Abbasda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb, yaralıların sayı isə 800-dür.
27 aprel, saat 00:15
Partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb. İranın daxili işlər naziri İsgəndər Momeni hadisənin səbəbini açıqlayacağını bildirib.
26 aprel, saat 23:59
Bəndər Abbas limanında hələ də yanğının qarşısını ala bilməyiblər. Yanğın genişlənməkdə olduğundan tam təxliyə əmri verilib.
26 aprel, saat 22:04
Limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, yaralananların sayı isə 750-dir.
26 aprel, saat 16:57
Partlayış nəticəsində 561 nəfər yaralanıb. İlkin məlumata görə, partlayış kimyəvi maddələrin saxlandığı anbarda baş verib.
Bu hadisə ilə bağlı araşdırma aparılır. Yanğın hələ də tam söndürülməyib.
Leave feedback about this