Abdullah Zubir: “Qarabağ”ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış etməyi çox istəyirəm”

1 Min Read

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsində çıxış etmək istəyir.

247press.news xəbər verir ki, bunu “Report”a açıqlamasında Mərakeş əsilli fransalı futbolçu söyləyib.

O, komandasının Misli Premyer Liqasında çempion olmasına münasibət bildirib:

“Ötən illərdə olduğu kimi, cari mövsüm də bizim üçün uğurlu keçdi. Uzun marafon arxada qaldı. Qızıl medalları hesabımıza yazdırmaq böyük xoşbəxtlikdir. Azarkeşlərin hər zaman bizdən gözləntiləri yüksək olur. Azərbaycan Kubokunu da qazanaraq, mövsümü qızıl dublla başa vurmağı hədəfləyirik. Təbii ki, məqsədlərimiz bununla bitmir. Daha sonra UEFA Çempionlar Liqasının oyunlarına ciddi hazırlaşmalıyıq. Çox istəyirəm ki, “Qarabağ”ın heyətində Çempionlar Liqasının Liqa mərhələsində çıxış edim”.

33 yaşlı yarımmüdafiəçi son olaraq başqa ölkənin klublarından rəsmi təkliflər almadığını və karyerasını Ağdam təmsilçisində davam etdrmək istədiyini vurğulayıb:

“Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Üstəlik, müqavilə müddətim bitməyib. Bu səbəbdən başqa komanda axtarışında deyiləm”.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version