ABŞ Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxara bilər

Fidan Məmmədli
1 Min Read

Birləşmiş Ştatlar Cənubi Koreyadan təxminən 4500 əsgərini çıxarmağı düşünür.

Bu barədə “Wall Street Journal” (WSJ) məlumat verib.

Məlumata görə, Vaşinqton Cənubi Koreyadan öz qoşunlarını Hind-Sakit okean regionunun digər ərazilərinə, o cümlədən Quam adasına köçürə bilər.

Qəzet qeyd edir ki, belə bir təşəbbüs hələlik ABŞ prezidenti Donald Trampa təqdim edilməyib və hazırda ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri arasında müzakirə olunur.

Qeyd olunur ki, hazırda Cənubi Koreyada təqribən 28,5 min amerikalı hərbi qulluqçu var.

Mənbə

    Share This Article
    Şərh edilməmiş