ABŞ-ın Kolorado ştatında bir gecə klubuna edilən basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrantın cinayət səbəbi ilə saxlandığı bildirilib. Federal araşdırma çərçivəsində Kolorado Sprinqsdəki əyləncə mərkəzində həyata keçirilən əməliyyat zamanı qeyri-qanuni yollarla ölkədə olduğu və cinayət törətmiş 114 qeyri-qanuni mühacirin saxlanıldığı, onların deportasiya olunacağı qeyd edilib.
Məlumata görə, 300-dən çox polisin iştirakı ilə əməliyyat keçirilən gecə klubunda narkotik alveri, fahişəlik və zorakılığın törədildiyi iddiası ilə aylardır istintaq aparılıb.
Mənbə