247Press – Azərbaycan Xəbər Portalı Blog Amerika Kanadada keçirilən parlament seçkilərində iqtidarda olan Liberal Partiya liderdir
Amerika

Kanadada keçirilən parlament seçkilərində iqtidarda olan Liberal Partiya liderdir

Kanadada keçirilən parlament seçkilərində iqtidarda olan Liberal Partiya liderdir

Baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiya Kanadada keçirilən növbədənkənar parlament seçkilərində liderlik edir. Bazar ertəsi Milli Seçki Komissiyası tərəfindən açıqlanan ilkin nəticələrə görə, Liberal Partiya 343 seçki dairəsindən 15-də qalib gəlir. Əsas müxalifət olan Kanada Mühafizəkarlar Partiyası isə 5 dairədə liderdir. Digər partiyaların nümayəndələri hələ ki heç bir mandat qazanmayıb.

Ümumilikdə 343 mandat uğrunda mübarizə aparılır və hökuməti formalaşdırmaq üçün qalib partiya ən azı 172 yer əldə etməlidir. Seçkilərdə qalib gələn partiyanın lideri ölkənin baş naziri olacaq.

Növbəti parlament seçkilərinin 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılırdı. Lakin sabiq baş nazir Castin Trüdo mart ayının əvvəlində həm hökumət başçısı, həm də Liberal Partiyanın lideri postlarından istefa verəndən sonra onun varisi Mark Karninin 28 aprel tarixində növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

Mənbə

Exit mobile version