Kanadada keçirilən növbədənkənar ümumi seçkilərdə hakim “Liberal Partiya” liderlik edir. Milli Seçki Komissiyasının məlumatlarına görə, 343 seçki dairəsinin 15-də liberallar, 5-də isə “Kanada Mühafizəkarlar Partiyası” qalib gəlir. Qalan partiyalar hələ mandat qazana bilməyib. Seçkilər İcmalar Palatasının 45-ci seçkiləri çərçivəsində keçirilir və qələbə üçün 172 mandat əldə etmək lazımdır ki, bu da qalib partiyanın liderinin baş nazir olmasına imkan tanıyacaq.
Mənbə
Kanadada keçirilən parlament seçkilərində “Liberal Partiya” liderdir
