Bu gün Konqo Demokratik Respublikasının şərqində, xüsusilə Şimali Kivu və Cənubi Kivu əyalətlərində üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər baş verib. “Okapi” radiostansiyasının məlumatına görə, “23 Mart hərəkatı” (M23) üsyançı qruplaşması Kaziba şəhərini ələ keçirib. Ordu və “Wazalendo” hərəkatından olan silahlılar şəhəri tərk etməyə məcbur olub. Bu, M23-ün Cənubi Kivuda “Twirwaneho” üsyançı qrupuyla əlaqə yaratması üçün imkan yaradır.
Kaziba şəhəri 50 min əhalisi olan rayonun inzibati mərkəzidir və Bukavudan 50 km cənubda yerləşir. Şimali Kivu əyalətində də döyüşlər davam edir; hökumət qüvvələri Kibati şəhərində üsyançıları geri çəkə bilib. Hökumət, qonşu Ruandanı üsyançılara dəstək verməkdə ittiham edir.
Mənbə