ABŞ diplomatları Suriyanın yeni hakimiyyət təmsilçiləri ilə danışıqlar aparıb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ diplomatları bu həftə Nyu-Yorkda Suriyanın yeni hakimiyyət təmsilçiləri ilə görüş keçirərək onları terrorizmlə mübarizə aparmağa və İrana qarşı tədbirlər görməyə çağırıblar.

Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.

“Bildirmək istərdim ki, Dövlət Departamentinin rəsmiləri aprelin 29-da Suriyanın keçid hakimiyyətinin nümayəndələri ilə Nyu-Yorkda görüşüblər”, – deyə Bryus bildirib.

Onun sözlərinə görə, ABŞ ilə Suriya arasında gələcəkdə istənilən normallaşma və ya Vaşinqtonun Dəməşqə qarşı sanksiyaları ləğv etməsi yalnız ABŞ-ın əvvəlcədən irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş