ABŞ Prezidenti Donald Tramp aprelin əvvəlində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı Amerika gəmilərinin Süveyş kanalı vasitəsilə pulsuz keçid hüququ əldə etməsini istədiyini bildirib.
Trampın bu tələbi, Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının Qırmızı dənizdə gəmilərə qarşı hücumlarını davam etdirdiyi və bu hücumların Süveyş kanalındakı gəmi hərəkətini azaltdığı bir dövrdə səsləndirilib. Hücumlar nəticəsində kanal üzrə ticarət dövriyyəsi və Misirin gəlirləri kəskin azalıb.
Mənbələrin məlumatına görə, Tramp həmçinin Qahirədən husilərə qarşı əməliyyatlarda ABŞ-a hərbi dəstək, kəşfiyyat məlumatlarının paylaşılması və ya maliyyə yardımı formasında kömək göstərməsini istəyib. Lakin Prezident əs-Sisi bu tələbi rədd edib və bildirib ki, Qəzza zolağında atəşkəsin təmin edilməsi “husiləri dayandırmağın ən yaxşı yoludur”.
Mənbə