ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
0 Min Read

ABŞ administrasiyası qarşıdakı 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çox fəal şəkildə çalışacaq.

Məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, irəli sürülən sülh təşəbbüsü tərəfləri bir masa arxasında toplamaq yolunda ilk addım olub.

“Gələcək 100 gün ərzində tərəfləri danışıqlar masasına əyləşdirmək üçün çox aktiv çalışacağıq”, – deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş