Ağdaşda yol qəzası- Ölən və yaralılar var

1 Min Read

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, mayın 16-sı saat 21:00 radələrində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra yük avtomobili ilə toqquşub.

Nəticədə M.Atəddinov hadisə yerində ölüb. Sərnişinlər 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıblar.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version