247Press – Azərbaycan Xəbər Portalı Blog Digər Ağsuda mikroavtobus qəzaya uğrayıb, bir neçə yaralı var
Digər

Ağsuda mikroavtobus qəzaya uğrayıb, bir neçə yaralı var

247press-in məlumatına görə, Şamaxı–Çöl Göylər–Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

247press-in Şirvan bürosunun verdiyi məlumata əsasən, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb və qəzaya uğrayıb.

İlkin məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Exit mobile version