“247press-in əldə etdiyi məlumata görə, Britaniya şahzadəsi Endryunu cinsi təcavüzdə ittiham edən amerikalı Virciniya Cuffre intihar edib. Bu barədə “NBC” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Ömrü boyu cinsi istismar və insan alverinin qurbanı olmuş Virciniya Cuffre intihar edib”.
2021-ci ildə Cuffre Britaniya kralı III Çarlzın kiçik qardaşı, York hersoqu şahzadə Endryu barəsində məhkəməyə müraciət etmişdi. O, 17 yaşında olarkən amerikalı maliyyəçi Ceffri Epşteyn tərəfindən müxtəlif kişilərlə, o cümlədən şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirmişdi.”
Mənbə