247Press – Azərbaycan Xəbər Portalı Blog Digər Razılaşma əldə olunmadığı təqdirdə, Tramp gələn həftə sülh danışıqlarından çəkiləcək
Digər

Razılaşma əldə olunmadığı təqdirdə, Tramp gələn həftə sülh danışıqlarından çəkiləcək

“247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmadığı təqdirdə, gələn həftə sülh danışıqlarından çəkiləcəyini bəyan edib.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun ətrafındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ rəhbərliyi Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Moskvanın nəzarətində qalması şərtilə sülh razılaşması təklif edir. Nəşrin yazdığına görə, bu mövqe Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun komandasına “daş üzərində həkk olunmuş” prinsip kimi təqdim olunub.

Qəzet qeyd edir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək onu “məcburi sülh” şərtlərini qəbul etməyə yönəltməyə çalışır. ABŞ lideri hesab edir ki, Zelenskinin bu sazişə razılıq verməkdə başqa real seçimi yoxdur.

“Məlumatda vurğulanır ki, Tramp bildirib ki, əgər razılaşma əldə olunmasa, gələn həftə danışıqlardan çıxacaq.”

Mənbə

Exit mobile version