Alvaro Arbeloa yenidən “Real Madrid”də

1 Min Read

Alvaro Arbeloa İspaniya III Liqasının (Primera Federacion) “Kastilya” komandasının yeni baş məşqçisi təyin edilib.

Arbeloa 2025-2026 mövsümünün əvvəlindən klubun əvəzedici komandası olan “Kastilya”ya keçəcək.

Futbolçu karyerası ərzində “Liverpul” və “Deportivo”da çıxış edən Arbeloa bir UEFA Çempionlar Liqası və iki La Liqa çempionluğunu qazandığı “Real Madrid”dən İngiltərə Premyer Liqa komandası “Vest Hem Yunayted”ə transfer olunub, 2017-ci ilin yayında futbolçu karyerasını başa vurub.

Keçmiş sağ cinah müdafiəçisi həm də 2008 və 2012-ci illərdə Avropa Çempionatını, 2010-cu ildə FIFA Dünya Kubokunu qazanan İspaniya millisinin heyətində çıxış edib.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version