Mayın 9-da “Aqro-Vest DC” MMC-nin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı I Fəxri Xiyabanda onun məzarını ziyarət edib.
Məlumata görə, tədbir iştirakçıları ulu öndər H.Əliyevin məzarı üzərinə çiçəklər qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Eləcə də ümummilli liderin həyat yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, çiçəklər qoyulub.