“Aston Villa” dünya çempionu üçün 40 milyon avro tələb edir

Fidan Məmmədli
0 Min Read

“Aston Villa” cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Emiliano Martinesin dəyərini müəyyənləşdirib.

Məlumata görə, Birmingem təmsilçisi argentinalı qapıçı üçün 40 milyon avro tələb edir.

E.Martines 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, klubda ümumilikdə 211 oyuna çıxıb.

32 yaşlı qapıçı ilə “Mançester Yunayted” və “Atletiko Madrid” maraqlanır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş