İspaniyanın “Atletiko” klubunun futbolçusu Sesar Aspilikueta karyerasını La Liqanın “Selta” klubunda davam etdirə bilər. 35 yaşlı müdafiəçinin cari mövsümün sonunda Madrid klubu ilə müqaviləsi bitəcək və “Selta” onu pulsuz transfer etmək istəyir. S.Aspilikueta bu mövsüm “Atletiko”nun heyətində 12 oyun keçirib və bir qol vurub. “Selta” hazırda 33 turdan sonra 46 xalla La Liqada yeddinci yerdədir, “Atletiko” isə 66 xalla üçüncü pillədədir.
Mənbə
“Atletiko”nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər
