Avropa Ukraynaya göndərmək üçün ABŞ-dan silah almaq istəyir

1 Min Read

ABŞ prezidenti Donald Trampın administrasiyası bundan birbaşa imtina edərsə, Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirmək üçün ABŞ-dan külli miqdarda silah almaqda maraqlıdır.

Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Avropanın lazımi arsenalı və ya kifayət qədər silah istehsal etmək gücü yoxdur ki, ABŞ-ın iştirakı olmadan Kiyevi təkbaşına təchiz etməyə davam etsin.

Bunun üçün də Avropa ölkələri mümkün həll yolunu daha çox ABŞ silah sistemləri almaqda və sonra onları Ukraynaya göndərməkdə görür.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər.

Agentlik onu da qeyd edir ki, Qərb üçün bunun nəticəsində yaranacaq boşluğu doldurmaq çətin olacaq.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version