Tovuzda zənciravi qəza olub, xəsarət alanlar var – FOTO

1 Min Read

 

24.05.2025-ci il tarixində saat 20:50 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu haqda  TƏBİB-in mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hadisə zamanı bədənin müxtəlif nahiyələrinin çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Bir nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə istabil olaraq qiymətləndirilir.

***

21:03

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşub.

Daha sonra “VAZ 2106” markalı minik avtomobili yol kənarında dayanan “VAZ 2101”-ə, daha sonra isə avtomobil təmiri emalatxanasına çırpılıb.

Nəticədə 1991-ci il təvəllüdlü Tovuz rayonu Abulbəyli kənd sakini Elvin Quliyev, 1999-cu il təvəllüdlü rayonun Bozalqanlı kənd sakini Sərxan Tağıyev və 1999-cu il təvəllüdlü Bozalqanlı kənd sakini Nəsimi Qüdrətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version