İqtisadiyyat Nazirliyi ilə ABŞ-ın “Environmental Systems Research Institute” (ESRI) şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə məlumat verən nazirlik, sənədin iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə ESRI-nin vitse prezidenti Sohail Elabd arasında imzalandığını bildirir.
Anlaşma, Azərbaycan üçün Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında bilik mübadiləsini, insan resurslarının inkişafını və coğrafi informasiya sistemləri üçün ixtisaslaşmış özəl sektor şirkətlərinin irəliləməsini dəstəkləyəcək.
Elnur Əliyev bildirib ki, “Sənədin icrası Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək”.
Mənbə