Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Azərbaycan ABŞ şirkəti ilə birlikdə Milli Məkan Məlumatları İnfrastrukturu quracaq - YENİLƏNİB
İnfrastruktur

Azərbaycan ABŞ şirkəti ilə birlikdə Milli Məkan Məlumatları İnfrastrukturu quracaq – YENİLƏNİB

İqtisadiyyat Nazirliyi ilə ABŞ-ın “Environmental Systems Research Institute” (ESRI) şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə məlumat verən nazirlik, sənədin iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə ESRI-nin vitse prezidenti Sohail Elabd arasında imzalandığını bildirir.

Anlaşma, Azərbaycan üçün Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında bilik mübadiləsini, insan resurslarının inkişafını və coğrafi informasiya sistemləri üçün ixtisaslaşmış özəl sektor şirkətlərinin irəliləməsini dəstəkləyəcək.

Elnur Əliyev bildirib ki, “Sənədin icrası Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək”.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video