Azərbaycan Kunq-fu Federasiyasının prezidenti: “Əminənin nailiyyəti əzmkarlığının göstəricisidir”

1 Min Read

“İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında idmançılarımız tarixi nəticə əldə etdilər”.

Bu sözləri Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov jurnalistlərə açıqlamasında deyib.

O, qızlar arasında yarışda dünya çempionu olan Əminə Əliyevanın əzmkarlıq nümayiş etdirdiyini bildirib:

“Əminə Əliyeva ilk dəfə idi döyüş tatamisinə ayaq basırdı. Həyəcanın olması normaldır. Amma döyüşün ilk saniyələrindən göstərdiyi cəsarət hamımızı heyrətləndirdi. Bu uğurun arxasında böyük əziyyət dayanır. Əminənin nailiyyəti əzmkarlığın göstəricisidir. Əminənin şəxsi məşqçisi federasiyamızın şəxsi məşqçisi Babək Əliyevdir. O, peşəkar mütəxəssisdir”.

Federasiya rəhbəri komandaya dəstək olan bütün azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, mundialda “light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version