Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

1 Min Read

Gürcüstanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Bu barədə  ADY-dən bildirilib.

Məlumata əsasən, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi, Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusilə vurğulayıb.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version