Azərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb

1 Min Read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün Latviyada səfərdə olub.

S.Musayeva Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb, Xidmətin tətbiq etdiyi vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib.

Öz növbəsində, Azərbaycan nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda təqdimatlarla çıxış ediblər.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version