2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kq nərə balığı kürüsü istehsal edilib.
Dövlət Statistika Komitəsindən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kq çoxdur. Belə ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 103.1 kq nərə balığının kürüsü istehsal edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 167.2 min ABŞ dolları dəyərində 160 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1777 manat təşkil edib.
Xatırladaq ki, bu ilin 2 ayında Azərbaycana Çindən 343.32 min ABŞ dolları dəyərində 1140 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 512 manat təşkil edib.
Leave feedback about this