247Press – Azərbaycan Xəbər Portalı Blog Cəmiyyət Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi planlaşdırılır. Bu mövzuya dair Əmək Məcəlləsinə dəyişikliklər ediləcək.

Beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş tədbirdə, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirildiyini bildirdi.

O, qeyd etdi ki, “Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutur.”

Mənbə

Exit mobile version