Aprelin 28-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat arasında dəyişir. Bakı və Abşeron rayonunda qiymətlər 27-27,4 manat civarındadır. Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, unun ən aşağı qiyməti 26,6 manat ilə Şabran rayonunda, ən yüksək qiyməti isə 28,2 manat ilə Gəncə şəhərində qeydə alınıb.
Ötən həftə, aprelin 22-də, un kisələrinin qiyməti eyni aralıqda, yəni 26,8-28,2 manat olaraq qeydə alınıb.