Fövqəladə halların aradan qaldırılması məqsədilə birgə taktiki-xüsusi təlim keçirilib. “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda təşkil olunan bu təlim, baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini hədəfləyib.
Təlim iki mərhələdən ibarət olub: şəxsi heyətin hazırlanması, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi, eləcə də baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması. Təlim zamanı fərqli dövlət xidmətlərinin xüsusi təyinatlı texnikaları və heyətləri ilə yanaşı, xüsusi təlim görmüş itlər, mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri də cəlb olunub.
Hadisə yerindəki vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkil edilməsi, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi və ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Həmçinin, stansiyanın personalına texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.
Uğurla keçən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Mənbə