Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Digər

“AzerGold”da təhlükəsiz ötüşən iş saatlarının sayı tarixi maksimuma çatıb

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: iş yerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusu müzakirə olunub. “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, həmçinin ÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri tədbirdə iştirak ediblər.

ÇİRES-də təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən bəhs edilib. Məlumat verilib ki, emal sahəsində ən yüksək standartlara cavab verən texnologiyalar tətbiq edilir, rəqəmsal və avtomatik rejimdə istehsalata nəzarət edən sistemlərin istifadəsi genişləndirilir. Bu yanaşma istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısını alır, əməyin təhlükəsizliyinin qorunmasına nail olur. Nəticədə, “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayının 6 milyon saata çatdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdən sonra qonaqlar ÇİRES-də yerləşən Çəndə Qələviləşdirmə Zavodunun şəraiti ilə tanış olublar. Qonaqlara zavodda tətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması – Supervisory Control and Data Acquisition) sistemi haqqında məlumat verilib. SCADA, məlumatların toplanması, analizi və uzaqdan idarəetmə üçün rəqəmsal texnologiyalara əsaslanan sistemdir. Bu sistem, sənayedə prosesləri izləmək və idarə etmək üçün istifadə olunur, insanların zərərli iş mühitinə məruz qalmasının qarşısını alır.

Tədbirdə, eyni zamanda, ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsində fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video