Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? – İDDİA

1 Min Read

Bakıda xəstə əməliyyatdan 19 gün sonra ölüb. Məlumata görə, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib. Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona “vazospazm” – yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub.

Uzun sürən müalicələrdən sonra o, bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub. Mayın 20-də isə Vəfa Yunusova elə əməliyyat olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.

Mərhumun qardaşı bildirib ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib. Hətta iddia edirlər ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb.

Həmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır. İddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli açıqlamasında Vəfa Yunusovanı “vazospazm” səbəbindən itirdiklərini bildirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version