Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib.
FHN-dən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.