Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI

1 Min Read

Bakıda sərxoş sərnişinin avtobusun şüşəsini sındırmasının təfərrüatı məlum olub. Məlumata görə, 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb.

Həmin vaxt avtobusu idarə edən sürücü Dünyamalı Mehtiyev bildirib ki, sözügedən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onun mübahisə etdiyi sərnişin yolda düşüb.

Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb və heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.

Sürücü hadisə barədə dərhal polisə məlumat verib. D.Mehtiyev onu da bildirib ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb.

Bakıda sərxoş vəziyyətdə marşrut avtobusunun şüşəsini sındıran şəxsin saxlanılması istiqamətində işlər görülür. Verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən olunub. Saxlanılması üçün tədbirlər görülür.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version