247Press – Azərbaycan Xəbər Portalı Blog İnfrastruktur Bakının yağışlı yollarında tıxac müşahidə edilir – SİYAHI
İnfrastruktur

Bakının yağışlı yollarında tıxac müşahidə edilir – SİYAHI

Bakının yağışlı yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakıda bir çox yollarında tıxac müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu barədə məlumat yayıb. Tıxac müşahidə olunan əsas yerlər bunlardır:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
6. “20 Yanvar” dairəsində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
9. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
10. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
14. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Mənbə

Exit mobile version