“Bayer Leverkuzen” hücumameyilli yarımmüdafiəçi Florian Virts üçün təxminən 150 milyon avro tələb edir.
Leverkuzen təmsilçisi gələn həftə futbolçudan gələcəyi ilə bağlı yekun qərar gözləyir.
Daha əvvəl yayılan məlumatda deyilirdi ki, Virts onun üçün 100 milyon avro ödəməyə hazır olan “Bavariya” ilə anlaşıb. Lakin “Bayer Leverkuzen” bu məbləğlə razılaşmır.