Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub

1 Min Read

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.

Ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version