Filial kiçik və orta sahibkarlara dəstək məqsədilə fəaliyyət göstərəcək.
Ölkənin aparıcı kredit təşkilatlarından biri, “İnternational” ASC xidmət şəbəkəsini genişləndirərək sayca 40-cı filialını fəaliyyətə başlamışdır. KOB adlandırılan yeni filial Bakı şəhəri, Azadlıq prospekti 165a (əvvəlki azadlıq pr. 99) ünvanında yerləşir.
KOB filialının açılmasındakı əsas məqsəd, ölkədə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının bizneslərində dəstək göstərmək, onların kredit ehtiyaclarını sərfəli şərtlərlə qarşılamaqdır. Eyni zamanda, bu təşəbbüslər nəticəsində daimi yeni iş yerlərinin açılması və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək məqsəd qoyulub.
Təşkilatın İdarə Heyətinin sədri Nicat Həsənov bildirib ki, növbəti strateji dövr üzrə əsas hədəflərinə kiçik və orta sahibkarlıq biznesinə dəstəyin göstərilməsi və bu sahənin inkişaf etdirilməsi daxildir: “Məhz bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, kiçik və orta sahibkarlıq sahəsi üzrə strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə azadlıq prospekti 165a ünvanında 40-cı KOB filialımız fəaliyyətə başladı. Yeni konsepsiyada tərtib edilən filialda müştərilərə daha rahat, keyfiyyətli və sürətli xidmət göstərilməsi üçün xüsusi şərait yaradılıb. Bu filialda əsas etibarı ilə kiçik və orta sahibkarlıq subyektlərinə kredit ehtiyaclarını qarşılamağı hədəfləmişik. Bu seqmentdən olan müştərilərə daha əlçatan xidmətlər təklif etmək üçün yeni KOB filialımızda xüsusi imkanlar yaradılıb.”
Xatırladaq ki, maliyyə bazarında 10 ildən çox fəaliyyət göstərən “İnternational” ASC müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri təklif edir. 2013-cü ildən etibarən bazarın aparıcı BOKT-ları sırasında yer alaraq, təminatlı və təminatsız kreditlər üzrə ixtisaslaşmışdır. Təşkilat, 10 milyon manat nizamnamə kapitalla Sahidkarlığın İnkişafı Fondunun və Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq kredit təşkilatları siyahısındadır. Həmçinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvüdür.
Hazırda 40-a yaxın filialda 400-dən çox əməkdaşın çalışdığı təşkilat bazarın etibarlı maliyyə tərəfdaşlarından biridir.
Mənbə