Böyük Britaniyanın müdafiə şirkətləri, sənaye casusluğuna dair narahatlıqlar səbəbindən işçilərinə yeni məhdudiyyətlər tətbiq edib. “Report”un məlumatına görə, bu tədbirlərdən biri, Çin istehsalı olan avtomobillərdə smartfonların USB portlarına qoşulmasının qadağan edilməsi ilə bağlıdır. Britaniya silah istehsalçıları, Çin texnologiyasının zərərli proqramlar quraşdırmaq üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər.
Nəşrə görə, “Təhlükəsizlik tədbirləri xeyli artırılıb… Çin kəşfiyyatı çox fəaldır” deyən bir mənbə, Müdafiə Nazirliyi tərəfindən bu mövzuda müxtəlif araşdırmalar aparıldığını qeyd edib. Bəzi şirkətlər işçilərə Çin avtomobillərini korporativ dayanacaqlarda saxlamağı və iş məsələlərini müzakirə etməyi qadağan edib. Eyni zamanda, ABŞ-ın “Lockheed Martin” və Fransanın “Thales” şirkətləri də Britaniyadakı zavodlarında təhlükəsizlik qaydalarını sərtləşdirib.
Mənbə
Leave feedback about this