Çingiz Qənizadə: “Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır”

1 Min Read

“Sovet Sosialist Respublikası Azərbaycan Xalq Cümhuriyyətini hakimiyyətdən devirən və o dövrdə formalaşmaqda olan dövlətimizin müstəqilliyini təmin edən şəxslərin hamısını təqib edən, məhv edən bir rejim idi”. Bu fikirləri məlumata görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə səsləndirib. “O rejimin rəhbərliyində təmsil olunanların əksəriyyəti, söz sahibi olanların isə demək olar ki, hamısı ermənilər idilər və onlar birbaşa Moskvadan təyin olunmuşdular. Ermənilərin əli ilə Azərbaycanda saysız-hesabsız faciələr törədilirdi. Məhz həmin rejim bizim Hüseyn Cavidimizi, Mikayıl Müşfiqimizi və minlərlə digər ziyalımızı məhv etdi. Bu gün Azərbaycanın qarşısında yalnız bir yol var – müstəqil yol. Bu yol Türk Dövlətləri Təşkilatı içərisindən keçir. Bizə nə Rusiya, nə də onun siyasəti lazımdır”, – deyə o bildirib. Ətraflı süjetdə:

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version