Fransa İranda həbsdə olan iki Fransa vətəndaşının hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb.
Bu barədə məhkəmənin bəyanatında deyilir.
Mətndə qeyd olunur ki, Fransa tərəfinin fikrincə, söhbət İranda Jak Paris və Sesil Koler adlı iki fransızın həbsi və saxlanması kontekstində Fransa vətəndaşlarının hüquqlarının ciddi və sistematik şəkildə pozulmasından gedir.
Fransa tərəfi bu əsasda Tehranı 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarını pozmaqda ittiham edir.