=“247press”in əldə etdiyi məlumata görə, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub.
Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.
Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə məğlub olub.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Mənbə