Dürzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.
Məlumata görə, Suriya televiziyasının verdiyi məlumata görə, bu barədə Əs-Suveyda vilayətinin valisi Mustafa əl-Bakur bildirib.
O bildirib ki, ölkənin yeni hökumətinin nümayəndə heyəti dürzi icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında görüş keçirib.
“Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”, – o qeyd edib.