Daha bir ölkədə evtanaziya qanuniləşdi

1 Min Read

Fransa parlamentinin aşağı palatası evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib.

Məlumata görə, bu barədə məlumatda deyilir ki, qanun layihəsi 305 lehinə və 199 əleyhinə səslə təsdiqlənib. Sənəd bundan sonra parlamentin yuxarı palatasında müzakirə olunacaq.

Verilən məlumata görə, evtanaziyadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər.

Fransa səhiyyə naziri Ketrin Votrin qanun layihəsinin 2027-ci il prezident seçkilərinə qədər qüvvəyə minəcəyini bildirib.

Qeyd edək ki, hazırda evtanaziya Kanada, Belçika, Portuqaliya, İspaniya, Lüksemburq və Niderlandda qanunidir.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version