ABŞ Koqresinin bəzi üzvləri İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarından sonra Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışlarını gücləndiriblər.
Bu barədə cümə günü “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs danışıqlarında cüzi irəliləyiş fonunda amerikalı senatorlar Konqresə Rusiyaya qarşı sanksiyaları təsdiqləmək çağırışlarını təzələyiblər. Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı əsas və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 100 Senat üzvündən 73-ü dəstəkləyir.
“Reuters” qeyd edib ki, hər iki palata üzvləri qanun layihələri üzrə səsvermənin tarixini açıqlamayıblar.