247Press – Azərbaycan Xəbər Portalı Blog Sosial DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar
Sosial

DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar

DİN: Onlayn qəbula yazılaraq ərazi polis rəislərinə birbaşa müraciət etmək olar

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnuniyyətin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb. Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edərək müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir. “E-polis” daim yenilənərək təkmilləşən mobil tətbiqdir.

Mənbə

Exit mobile version