Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb. Bu mərhələdə kəndə 15 ailə – 68 nəfər köçürülüb.
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 15 ailə – 68 nəfər köçürülür.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Mənbə