Dövlət Agentliyi Qlobal Cənub QHT-lərinə dəstəyi davam etdirəcək

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qlobal Cənub və Azərbaycanın yerli qeyri-hökumət təşkilatları ilə əlaqələri davam etdirəcəyini açıqlayıb. İcraçı direktor Aygün Əliyeva, agentliyin bu istiqamətdəki fəaliyyətləri barədə məlumat verib.

O, Qlobal Cənub QHT-lərinə dəstəyin davam edəcəyini bildirib: “Tədbirdə maraqlı müzakirələr oldu. Qlobal Cənub QHT-ləri iqlim dəyişiklikləri ilə mübarizədə, D-8 formatında QHT-lərin görüşündə və feyk xəbərlərlə mübarizədə müzakirələr aparıldı. Müzakirələrin son günündəyik. Bu gün ikitərəfli əməkdaşlıq memorandumları imzalandı. Agentlik, Çin və Özbəkistan QHT-ləri ilə Azərbaycanın digər yerli QHT-ləri arasında yeddi xarici QHT ilə anlaşma memorandumları imzaladı. Növbəti qrant müsabiqələrində, Qlobal Cənubda fəaliyyət göstərən QHT-lərin təşəbbüs və ideyalarının dəstəklənməsi əsas prioritetlərdən biri olacaq. İnanıram ki, yaradılan platforma faydalı nəticələr verəcək və Qlobal Cənubda yaşayan yüz milyonlarla insanın səsinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də eşidilməsinə şərait yaradacaq”.

Agentliyin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinə də toxunub: “Bu müraciət, Azərbaycanın Qoşulmama Hərəkatına layiqli sədrliyinin davamı və Azərbaycan vətəndaş cəmiyyətinə ölkə prezidentinin etimadı və inamı kimi qiymətləndirilməlidir”.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version