DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib

1 Min Read

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.

Bu barədə DYP məlumat yayıb.

Bildirilib ki, sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir:

“Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır”.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version