Egey dənizində gün ərzində növbəti zəlzələ baş verib. Evbeya adasında qeydə alınan budəfəki yeraltı təkanların gücü 4.4 bal olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, Bakı vaxtı ilə saat 09:56-da qeydə alınan zəlzələ Türkiyənin Çanakkale vilayətinin Ayvacık rayonundan 250 km uzaqlıqda olub.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Egey dənizində 4.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla gecə saat 02:52-də (Bakı vaxtı ilə saat 03:52 – red.) qeydə alınıb.
Zəlzələ ocağı 7.1 km dərinlikdə yerləşib.