247press-in məlumatına görə, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış şəxslər, artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Zəfər Günü və Anım Günü kimi xüsusi günlərdə hərbi geyim formasını daşıya biləcəklər. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərlə bağlıdır. Qanuna görə, bu şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları tərəfindən təşkil olunan tədbirlərdə, həmçinin ehtiyata və istefaya buraxılma günlərində qeyd edilən bayramlarda istifadə edə bilərlər.
Mənbə

Leave feedback about this